Çənəsiqıllılar (lat. Chaetognatha) Dərisitikanlılar qrupuna aid tip.
Çənəsiqıllılar sırf dəniz heyvanları olub, 140-a qədər növü məlumdur. Böyük əksəriyyəti plankton həyat tərzi keçirir. Dib həyat tərzi keçirən , yosunların , daşların arasında yaşayan növləri də vardır. Sürətlə hərəkət etmələrinə və bədənlərinin uzunsov olmasına görə Çənəsiqıllılari dəniz oxları da adlandırırlar. Bədənləri 0.5 -9 sm ölçüdə olub, şəffafdır. Bədənlərinin ön hissəsində tip üçün xarakterik olan – qıllarla təchiz olunmuş ağız aparatı yerləşir. Çənəsiqıllılar bu aparat vastəsilə öz şikarını ovlayırlar. Çənəsiqıllılar ikinci bədən boşluğuna malik heyvanlardır . Onlarda selom yaxşı inkişaf etmişdir. Bədən 3 şöbəyə ayrılır. Baş, gövdə və quyruq. Həzm sistemi qıllarla təchiz olunmuş ağızdan , əzələli udlaqdan, və bədən boyu uzanan bağırsaqdan ibarətdir. Çənəsiqıllılardə nəin ki, bir çox orqanlar olmur, hətta onların tənəffüs, qan-damar və ifrazat sistemləri də yoxdur. Çənəsiqıllılar hermafrodit heyvanlardır və ancaq cinsi yolla çoxalırlar . Yumurtalıqlar gövdədə , toxumluqlar isə quyruq hissədə yerləşir. Yumurtanın bölünməsi radial tipdədir. Onlarda mezoderma və selom teloblastlardan inkişaf etmir.[1]
B.İ.Ağayev, Z.A.Zeynalova. Onurğasızlar zoologiyası. Bakı , «Təhsil» 2008 , 568 səh
Çənəsiqıllılar (lat. Chaetognatha) Dərisitikanlılar qrupuna aid tip.