dcsimg
Image of Enterobius vermicularis
Unresolved name

Secernentea

Sesernentlər ( Azerbaijani )

provided by wikipedia AZ

Sesernentlər (lat. Secernentea) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan yarımsinif.

Xarici quruluşu

Lamisə orqanları yalnız baş kapsulasında papillər şəklində yerləşmişdir. Amfidlər kiçikdir, məsamə şəkillidir, önə çəkilmişdir, çox vaxt isə dodaqlarda olur. Fotoreseptorlar yoxdur. Hipodermanın yan qalınlaşmalarında şaxələnmiş tipdə olan boyun vəzisinin 2 və ya 1 kanalı vardır. Yan hipodermal və quyruq vəziləri yoxdur. Heyvan və bitki parazitlərində, xüsusilə çürüntü mənbələrində yaşayanlarda, kutikiula zəif keçiriciliyi və qoruyucu xassələri ilə fərqlənir. Erkəklərdə çox vaxt bursal qanadlar inkişaf etmiş olur.[1]

Həyat tərzi

Heyvanbitki parazitlərinin əksəriyyəti sesernentlərə məxsusdur. Dənizdə, şirin sularda, nadir hallarda sərbəst yaşayan nematodlardır.[2]

Yayılması

Dünyada 9, Azərbaycanda 2, Qafqazda da 2 növlə təmsil olunmuşdur. Dünyada Almaniya, Ukrayna, Rusiya, Azərbaycanda isə Nohur gölü, Qızılağac qoruğunda yayılmışdır.

Təsnifatı

İstinadlar

  1. B.İ.Ağayev, Z.A.Zeynalova “Onurğasızlar Zoologiyası”. Bakı, “Təhsil”, 2008, 568səh
  2. V.A.Dogel “Onurğasızlar zoologiyası”. Bakı, “Maarif”, 1988, 288 səh.

Ədəbiyyat

  • B.İ.Ağayev, Z.A.Zeynalova “Onurğasızlar Zoologiyası”. Bakı, “Təhsil”, 2008, 568səh
  • V.A.Dogel “Onurğasızlar zoologiyası”. Bakı, “Maarif”, 1988, 288 səh.

Xarici keçidlər

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Sesernentlər: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Sesernentlər (lat. Secernentea) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan yarımsinif.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ