Xəndəkotu (lat. Symphytum) — sümürgənkimilər fəsiləsindən bitki cinsi.
Çoxillik hündür otdur. Tamkənarlı yarpaqları növbəli düzülür. Qırmızı-bənövşəyi, göy, çəhrayı, sarı, ağ və s. çiçəkləri qıvrım çiçək qrupunda yerləşir. Ləçəkləri boruvarıdır. Meyvəsi toxumçadır. Avropa, Çənubi Asiya və Şimali Afrikada 25-dək, Azərbaycanda 3 növü məlumdur. Rütubətli yerlərdə bitir. Dərman xəndəkotunun (Symphytum officinalis) kök və kökümsovunda alkaloid və aşı maddəsi var. Tibdə və baytarlıqda iltihaba qarşı və qankəsən dərman kimi istifadə edilir. Azərbaycanda bitən bərk xəndəkotu (Symphytum asperum) donuz və adadovşanları üçün yemdir. Hər 2 növ yaxşı balverən, həmçinin boyaq bitkisidir. Yoğunkök xəndəkotu yeyilir. Qafqaz xəndəkotu, iriçiçək xəndəkotu və s. dekorativ bitki kimi becərilir.