dcsimg

Qütb qağayısı ( Azerbaijani )

provided by wikipedia AZ

Qütb qağayısı (lat. Larus hyperboreus) — Qağayılar fəsiləsinə aid növ.

Görünüşü

Qağayılar arasında ən iri növlərdən biridir. Bədəninin uzunluğu 64-65 sm olur. Çəkiləri 1,5-2 kq çata bilir. Solğun rəngə sahibdir. Başı ağ, qanadlar və beli mavi-boz, qanadlarının uçu ağ, dimdikləri sarı, ayaqları sarı-bənövşəyi olur.

Yayılması

Qütb qağayıları Asiya, Şimali AmerikaAvropanın qütb ətrafı ərazilərində yayılmışdır. Əsasən materiklərin və adaların sahil tundra zonasında müşahidə edilirlər[1].

Qidalanması

Qütb qağayısı digər qağayı növləri kimi hər şey yerirlər. Onların qida zənçirinə molyusklar, balıqlar, dəniz uklduzları, quş bə onların yumurtaları, kiçik məməlilər, giləmeyvələr daxildir.

Çoxalması

Yuva adətən qaya və sıldırımlarda qurulur. Onlar tək çütlük və ya koloniya şəkilində yuva qururlar. Adətən 2-3 yumurta qoyurlar. Yumurtaya hər iki valideyn 27-28 gün ərzində baxır.

 src=
Qütb qağayısı

Ədəbiyyat

  • Harrison, Peter (1996). Seabirds of the World. Princeton: Princeton University Press. ISBN 0-691-01551-1.
  • Bull, John (1984). The Audubon Society Field Guide to North American Birds, Eastern Region. New York: Alfred A. Knopf. ISBN 0-394-41405-5. Unknown parameter |month= ignored (|date= suggested) (kömək); Unknown parameter |coauthors= ignored (kömək)

Mənbə

İstinadlar

  1. Жизнь животных. В 7 т. Гл. ред. В. Е. Соколов. Т. 6. Птицы. — М.: Просвещение, 1986. — С. 254.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Qütb qağayısı: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Qütb qağayısı (lat. Larus hyperboreus) — Qağayılar fəsiləsinə aid növ.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ