Balaenoptera omurai (lat.) — Balinakimilər dəstəsinə, Zolaqlı balinalar (Balaenopteridae) fəsiləsinə aid növ. Müstəqil növ olaraq 2003-ci ildə molyekulyar-genetik araşdırmalar nəticəsində müəyyənləşmişdir. Bu növün aşkarlanmasında yapon Hideo Omurinin (大村 秀雄) şərəfinə adlandırılmışdır.
Növün təstiqlənməsi 20 noyabr 2003 ildə «Nature»[1] jurnalında dərc olunmuşdur. Yapon zooloqları Siro Vada, Masayoki Oisi və Tadasu Yamada muzeylərdə olan Brayde zolaqlı balina və İden zolaqlı balina skeletlərini araşdırdıqdan sonra yeni növün aşkarlanmasını qeydə alırlar.
2015-ci ilin oktyabrında beynəlxalq araşdırmaçılar Madaqaskar sahillərində bir qrup Omuri balinasını aşkarlamışlar. Bu zaman ilk dəfə olaraq növün xüsusiyyətləri müəyyənləşdirilmişdir[2].
Əsasən Sakit okeanın Yaponiya adaları sahillərində yayılmışlar.