dcsimg

Yapon mahoniyası ( Azerbaijani )

provided by wikipedia AZ

Yapon mahoniyası (lat. Mahonia japonica) — zirinckimilər fəsiləsinin mahoniya cinsinə aid bitki növü.

Təbii yayılması

ÇindəYaponiyada mədəni şəraitdə geniş yayılmışdır və oradan Avropaya və Amerikaya gətirilmişdir.

Botaniki təsviri

Çox az budaqlanan, düz budaqlı, hündürlüyü 4 m-ə qədər olan kiçik ağacdır. Qabığı boz, dərin yarıqlı, qalın mantar təbəqəlidir; birillik odunlaşmamış zoğları göyümsov örtüklüdür. Tumurcaqları enli yumurtavaridir, uzunluğu 2-5 sm-dir, dərivaridir; ensiz üçbucaqşəkilli xarici pulcuqları 1-2 il zoğlarda qalır; daxili pulcuqlar enli ovalşəkilli, küt, otvari, solğun yaşıldır. Salxımları uc tumurcaqların qoltuğunda yerləşir, 10-12 sm uzunluğunda, möhkəm, çox çiçəklidir. Çiçək saplaqları iti bucaq altında yuxarı yönəlmişdir, uzunluğu 1 sm-ə qədərdir; çiçəkləri 8 mm uzunluğunda və 6 mm diametrindədir, qırmızımtıl və yaşılımtıl kasayarpaqları sonradan sarı tac yarpaqlara keçir. Dekabrın axırından yaza qədər çiçəkləyir.

Ekologiyası

Məhsuldar, tər, yumşaq torpaqlara üstünlük verir.

Azərbaycanda yayılması

Abşeronda, Lənkəranda, Qəbələdə mədəni şəraitdə becərilir.

İstifadəsi

Hündür və gözəl formalı koldur. Qrup və tək əkinlər üçün yararlıdır.

Məlumat mənbəsi

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Yapon mahoniyası: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Yapon mahoniyası (lat. Mahonia japonica) — zirinckimilər fəsiləsinin mahoniya cinsinə aid bitki növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ