dcsimg
Image of Oval leaved Birch
Creatures » » Plants » » Dicotyledons » » Birch Family »

Oval Leaved Birch

Betula pubescens var. pubescens

Ağ tozağacı ( Azerbaijani )

provided by wikipedia AZ

Ümumi yayılması

Qərbi Avropa, Rusiyanın Avropa hissəsi və Şimali Qazaxıstanda yayılmışdır.

Azərbaycanda yayılması

Quba-Xaçmaz zonasında təbii halda rast gəlinir.

Statusu

Azərbaycanın nadir bitkisidir.LC.

Bitdiyi yer

Nəmişli meşələrdə, bataqlıq kənarında, göl sahillərində bitir. İynəyarpaqlı və enliyarpaqlı meşələrdə müxtəlifcinslərlə qarışıq bitir və ya təmiz meşələr əmələ gətirir.

Təbii ehtiyatı

Arealı çox geniş deyildir.

Bioloji xüsusiyyətləri

Əlverişli şəraitdə hündürlüyü 25–30 m-ə, diametri 80 sm-dək olur. Cavan ağacların qabığı qonur, 8-10 yaşından ağarır. Cavan fərdləri qızılağac növləri ilə səhv salmaq olar. İri vəziyyətdə digər ağaclardan ağ qabığına görə fərqlənir. Bitkinin qabığı gövdənin təxminən bünövrəsinə qədər ağ, hamar, qara, yarıqsız, yalnız qocalıqda aşağıdan az çatlayan olur. Cavan zoğları sıx tükcüklü, salaq tozağacından fərqli olaraq budaqlarında vəzicikləri – ziyilcikləri yoxdur. Budaqları sallaq deyil. Çətiri cavan yaşda düz, ensiz, yaşlandıqda şaxələnmiş olur. Tozağacının kök sistemi çox inkişaf etmişdir, ancaq torpağa dərin daxil olmur, ona görə ağaclar küləyə məruz qalır. Yarpaqları yumurtavarı və ya rombvarı – yumurtavarı, uzunluğu 3,5-7 sm, eni 2,5-5 sm, ucu qısa, biz, bünövrəsi yumru, bəzən ürəkşəkillidir; kənarları ikilidişlidir.

Cavan yaşda yarpaqları sıx tükcüklüdür, sonra tüklənmə ancaq aşağı hissədə və saplaqlarda qalır. Ağac birevlidir, ancaq sırğaları ayrı cinslidir. Meyvə verən sırğaların uzunluğu 2,5-3 sm, tükcüklü ayaqlarda yerləşir, toxum pulcuqlarının eni 3–5 mm, kənarları tükcüklüdür. Qozasının uzunluğu təxminən 2 mm, uzunsov – ellipsvaridir. Qanadları qozaya bərabərdir və ya enlidir. Quraqlıqdan əziyyət çəkir. Sallaq tozağacına nisbətən az işıqsevəndir. Çox vaxt tükcüklü tozağac və sallaq tozağac birlikdə bitir və çoXsaylı keçici formalar əmələ gətirir. Bu tozağacı torpağın bataqlaşmasına dözür və tükcüklü tozağacı – ən soyuğa davamlı növlərdən biridir.

Çoxalması

Generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri

Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi

Mədəni halda park və bağlarda rast gəlinir.

Qəbul edilmiş qoruma tədbirləri

Şahdağ Milli Parkında qorunur.

Zəruri qoruma tədbirləri

Azərbaycanın "Qırmızı kitabı"na daxil edilməsi zəruridir.

Ədəbiyyat

  • Деревья и кустарники СССР. Т.4. 1958.;
  • Флора Азербайджана. т.6.1955;
  • Azəraycanın ağac və kolları. I cild.1961;
  • Azərbaycan florasının konspekti. I-III cildlər.2005;2006;2008;

Məlumat mənbəsi

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ