Ageratum - "A"-latınca inkar, "geras" isə-köhnə deməkdir.Bitkinin gülləri quruduqda rəngi dəyişmədiyinə görə ona bu ad verilmişdir.Mərkəzi Amerikada bu birillik və çoxillik bitkinin 27 yabanı növü təbii halda bitir.Yaşıllaşdırmada əsasən (Meksika) aqeratumu-A.houstonianum növü geniş yayılmışdır.Çoxsaylı,düzqalxan zoğların hündürlüyü 10-40 sm-ə çatır.Yarpaqları qarşı-qarşıya düzülmüş, uzun saplaqlı,ürəkşəkilli olub,kənarları dişlidir.Boruşəkilli çiçiəkləri mavi,çəhrayı,ağ rənglidir.Hamaş çiçəklərinin formasına,rənginə və çiçəkləmə müddətinə görə bir-birindən fərqli çoxsaylı formaları vardır.Houston ageratumundan əlavə yaşıllaşdırmada əksər hallarda hamaşçiçəkləri xırda olan konusşəkilli ageratumdan da istifadə olunur.Ageratumu toxum vasitəsilə becərirlər.Toxumlardan becərilmiş cücərtiləri apreldə sahələrə və ya dibçəklərə köçürürlər.Bitkinin qollu-budaqlı olması üçün təpə tumurcuğu qoparılır.Yaşıllaşdırma zamanı əsasən qırmızı,çəhrayı ya da sarı rəngli çiçəkləri olan bitkilərin ətrafında ageratum haşiyə formasında əkilir.