dcsimg

Karyagin itburnusu ( Azerbaijani )

provided by wikipedia AZ

Karyagin itburnusu - (lat. Rosa karjaginii Sosn.) Gülçiçəyikimilər – (Rosaceae Juss.) fəsiləsinə aid bitki növü.[1]

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir, prioritet endemik növüdür.[2][3][4]

Regional IUCN Statusu: NT[5]

Qısa morfoloji təsvir

Təbiətdə хırdа koldur, hündürlüyü 50-60 sm-ə çatır. Yaşlı budaqları qırmızımtıl, təzə zoğları tünd göy rəngli tikanlı koldur. Mürəkkəb, təklələkvarı yаrpаqlаrı 7 ədəd yаrpаqvarı çiçək qrupunda yеrləşir. Meyvəsi sentyabr ayından yetişməyə başlayır. Qоpаrtikanlаrı möhkəm, düz və ya səthi əyilmiş, sarımtıl, qaidəsi çox enliləşmişdir. Yаrpаqlаrı 5-6 sm uzunluqda, 7 ədəd 15–18 mm uzunluqda, 10–15 mm enində ellipsvarı sivri, hər iki tərəfdən, xüsusən alt tərəfdən yumşaq tüklü, çoxlu vəzicikli, kənarı ikiqat itidişli yаrpаqcıqlаrdan ibarətdir. Yаrpаqaltlığı alt tərəfdən tək-tək vəzicikli örtülü 5–6 mm enindədir, uzunluğu isə yаrpаqcıqlаrın uzununa bərabərdir. Meyvəsi çılpaq hamar, yumurtavarı, 3-3, 5-5 оlаrаq yerləşmişdir. [6][7][8]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə dövrü iyun, meyvə əmələgətirmə iyul aylarına təsadüf edir. Subalp qurşağında daşlı qayalı, çınqıllı-daşlı yamaclarda kolluqlarda rast gəlinir. Kserofitdir. Vitaminli bitkidir. Xalq təbabətində dərman bitkisi kimi istifadə olunur.[9][10]

Sayı və tendensiyası

Populyasiyanın yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur.[3]

Yayılması

Naxçıvan MR-nın dağları, Ordubad rayonunun Unus kəndi ərazisində rast gəlinir.

Naxçıvanın dağlıq hissəsi (Ordubad rayonu- Gənzə kəndinin ətrafı, şimal yamacı, 1100m hündürlükdə)[3]

Məhdudlaşdırıcı amillər

Əhali tərəfindən meyvələrin intensiv toplanması və iqlim amilləri. [2]

Mühafizə tədbirləri

Xüsusi mühafizə tədbirləri aparılmayıb. Yasaqlıqların təşkili vacibdir. [2]

Xarici keçidlər

http://dendrary.in-baku.com/?page_id=112

Ədəbiyyat

  • Деревья и кустарники СССР. т.3.1954;
  • Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970;
  • Красная Книга СССР. 1984;
  • Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bit¬ki formasiyaları. 1996; *Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. 2008;
  • Naxçıvan MR-nın flora müxtəlifliyi və onun nadir növ¬lərinin qorunması. 2011

Mənbə

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.

http://dendrologiya.az/?page_id=112

İstinadlar

  1. Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. 2008
  2. 2,0 2,1 2,2 http://redbook.az/?options=project&id=Karyagin%20itburnu
  3. 3,0 3,1 3,2 Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  4. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.
  5. Naxçıvan MR-in Qırmızı kitabı, 2010
  6. Деревья и кустарники СССР. т.3.1954;
  7. Naxçıvan MR-nın flora müxtəlifliyi və onun nadir növ-lərinin qorunması. 2011
  8. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.
  9. Флора Азербайджана. т.5. 1954;
  10. Azərbaycanın ağac və kolları. III cild. 1970
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Karyagin itburnusu: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Karyagin itburnusu - (lat. Rosa karjaginii Sosn.) Gülçiçəyikimilər – (Rosaceae Juss.) fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir, prioritet endemik növüdür.

Regional IUCN Statusu: NT

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ