dcsimg
Image of Sitka Spruce
Creatures » » Plants » » Gymnosperms » » Pines »

Sitka Spruce

Picea sitchensis (Bong.) Carrière

Sitxin küknarı ( Azerbaijani )

provided by wikipedia AZ

Şimali Amerika nın qərb hissəsində, Alyaska dan Kaliforniya ya qədər sahil zolağı ətrafında bitir. Təbiətdə 60 m və daha hündür olan, gövdəsinin diametri 240 (480) sm, sız, enli, çətiri piramidal formalı ağacdır. Şimali Amerika nın ən hündür küknarı və ümumiyyətlə ən iri iynəyarpaqlılarından biridir. Mədəni şəraitdə hündürlüyü əsasən 40 m-dəm çox olmur. Qabığı yarıqlı, boz və nazikdir. Tumurcuqların uzunluğu 4–5 mm, eni 2–3 mm, konusvarı, qatranlıdır. Cavan zoğları açıq-qonur, əsasən çılpaqdır (bəzən qozalı zoğlarda bir az tükcüklüdür). İynəyarpaqların uzunluğu 15-18 (25) mm, eni təxminən 1 mm, hamar, alt tərəfi 6-8 xətlidir, iynəli, üstü yaşıl, alt tərəfi gümüşü, ağ zolaqlı olmaqla çətirə göyümtül çalar verir. Qozaları silindrik, uzunluğu 5-10 sm, qalınlığı 2,5-3 sm, yetişənə qədər sarı-yaşıl, yetişdikdən sonra açıq-qonur rəngli olub, qabıqları nazik dişlidir. Toxumların uzunluğu 2-3,5 mm, açıq-qonur, ondan 4-5 dəfə iri, açıq-sarı qanadlıdır. Qozaları sentyabr-oktyabr aylarında yetişir. 500-800 il yaşayır. Avropa da 1831-ci ildən məlumdur. Cavanlıqda illik boy artımı 10 sm qədər, böyüdükdə 30 sm-dir. Qışadavamlılığı yüksəkdir. Havanın rütubətinə və torpağa tələbkardır, müvəqqətisubasmış sahələrdə yaxşı inkişaf edir. Tüstüyə və qaza davamlıdır. Tək və qrup əkinlərində çox effektlidir. Sitxin küknarı 1792-ci ildə Arzibald Menzis tərəfindən aşkar olunmuşdur və geniç becərildiyinə baxmayaraq onun baş formalarının miqdarı azdır. Abşeron da yeni salınan parklarda, bağlarda rast gəlinir və mədəni çəraitdə becərilir.

Məlumat mənbələri:

Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

İstinadlar

  1. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.

Mənbə

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Sitxin küknarı: Brief Summary ( Azerbaijani )