dcsimg

Qafqaz sincabı ( Azerbaijani )

provided by wikipedia AZ

İran sincabı və ya Qafqaz sincabı (lat. Sciurus anomalus) - Gəmiricilər dəstəsinin sincab cinsinə aid heyvan növüdür.

 src=
İran sincabı

Xarici görünüşü

Bədənin uzunluğu 215 – 255 mm, quyruğun uzunluğu 130 – 180 mm, pəncənin uzunluğu 50 – 60 mm, qulağın hündürlüyü isə 23 – 31 mm-dir. Xarici görünüşünə görə İran sincabı adidən fərqlənir. Bədənin üst tərəfinin ümumi rəngi qonur-boz, qaramtıl-qonur çilli, alt tərəfi isə paslı sarımtıl-qəhvəyidir. Quyruğu tünd şabalıdıdır. Qulaqları nisbətən gödək olub, uclarında adi sincablarda olduğu kimi fırçaları yoxdur. Pəncələrində 5 döyənək olur. Adi sincabların arxa ətrafları adətən ön ətraflardan 2 dəfə uzun olur. İran növündə isə bu fərq bir qədər azdır. Diş aparatının quruluşunda da fərqlər vardır. İran sincabının kəsici dişləri bir qədər qısa və zəif olub, üst çənələrində cəmi 1 yalançı kök diş var, adi sincabda onların sayı bir qayda olaraq hər tərəfdə iki ədəddir. Əmziklərinin sayına görə də fərqlənirlər. Adi sincabda 8, İran sincabında 10 əmzik olur [1].

Yayılması

Iran sincabı geniş areala malikdir. Bu növ iran, Suriya, Fələstin və Qafqaz ərazisində yayılmışdır.

Həyat tərzi

Həyat tərzinə görə sincab gündüz heyvanlarına aiddir. K.A.Satuninin (1920) doğru olaraq qeyd etdiyinə görə məməlilərin əksəriyyəti kifayət dərəcədə gizli həyat tərzi keçirdirlər. Sincab bu ümumi qaydadan kəskin istisna təşkil edir və bütün günü fəal olur. Sincablar sığınacaqlarını koğuşlarda düçəldirlər. Koğuş olmadıqda gövdə haçalarında yarpaqlardan və budaqlardan sığınacaq qururlar. Toxum, qoz, fındıq, şabalıd, müxtəlif meyvələr, giləmeyvələr, meşə ağacları və kolların cavan pöhrələri ilə qidalanırlar [2]. İl ərzində üç dəfər çoxalır: yanvarın sonu- fevralın əvvəllərində, aprelin sonunda və iyulun ortalarından avqustun sonuna qədər. Bir nəsildə 2-4 bala olur. Xəzinə görə az miqdarda ovlansa da xəzin keyfiyəti aşağıdır və yüksək qiyməyləndirilmir.

Mənbə

  1. Azərbaycanın heyvanlar aləmi. III hissə. Onurğalılar. Bakı, Elm nəşriyyatı, 2004
  2. Сатунини К.А. Млекопитающие Кавказского края // Труды музея Грузии, 1920, 2, II, 223 c.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Qafqaz sincabı: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

İran sincabı və ya Qafqaz sincabı (lat. Sciurus anomalus) - Gəmiricilər dəstəsinin sincab cinsinə aid heyvan növüdür.

 src= İran sincabı
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ