dcsimg
Image of Alaska pollock
Creatures » » Animal » » Vertebrates » » Ray Finned Fishes » » Cods »

Alaska Pollock

Gadus chalcogrammus Pallas 1814

Mintay ( Azerbaijani )

provided by wikipedia AZ

Mintay (lat. Theragra chalcogramma)— Treskakimilər fəsiləsinə daxil olan, soyuq suları sevən balıq növü. Onlar əsasən Sakit okeanın şimal hissəsində yayılmışdır. Atlantik və Sakit okeanın ən qiymətli qida resursu hesab edilir[1].

Xarici görünüşü

Balıqların maksimal uzunluğu 91 sm, çəkiləri 3,85 kq təşkil edir. Maksimal ömür müddəti 15 ildir[2]

  • Üç bel üzgəci[3]
  • Qısa bığlar
  • Yan üzgəclər.
  • Üzəri nöqtələrlə örtülüdür
  • Gözləri böyükdür.
  • Dərin sularda üzən balıqlardır.

Həyat tərzi

Bu balıqlar soyuq sularda (2 - 9 °C) yaşayırlar. Əsasən 200 - 300 metr arası sularda yaşasalarda bəzən 500—700 dərinliyə qədər enə bilirlər. Kürü tökmə zamanı dayaz sulara qədər qalxırlar ki, burada dərinlik 50-100 metrdir. Yetkinlik yaşına 3-4 illiyində çatırlar.

Onların əsas qidasını planktonlar təşkil edir. Sürünün həcmi artdıqca onların qida rasionu dəyişə bilir. Məsələn onlar Moyvaların kürü və balalarını və kalmarları belə yeyə bilirlər.

Areal

Sənaye

Ov mövsündən və populyasiyadan asılı həyata keçirilir.

 src=
Mintayların illik ovu[4]
Ümumdünya mintay ovu [5] [6] İl 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 2015 Ümumdünya ovu, min. t 2791 2860 2909 2649 2499 2010 3207 3271 3239 3214


İstinadlar

  1. Захаров Л. А. Введение в промысловую океанологию: Учебное пособие / Калинингр. ун-т. — Калининград, 1998. — 84 с. ISBN 5-88874-088-8.
  2. Froese, Rainer, and Daniel Pauly, eds. (2006). "Theragra chalcogramma" FishBase saytında. April 2006 version.
  3. http://www.fish-net.ru/biology/pollack1.shtml Pollack — Mintay — Theragra halcogramma]
  4. "Ümumdünya mintay ovu 1950 – 2010 illər". 2013-01-05 tarixində orijinalından arxivləşdirilib.
  5. Theragra chalcogramma (Pallas, 1814) FAO, Species Fact Sheet
  6. Mintay ovu üzrə assosasiyanın açıqladığı rəqəmlər 21 yanvar 2016
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Mintay: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Mintay (lat. Theragra chalcogramma)— Treskakimilər fəsiləsinə daxil olan, soyuq suları sevən balıq növü. Onlar əsasən Sakit okeanın şimal hissəsində yayılmışdır. Atlantik və Sakit okeanın ən qiymətli qida resursu hesab edilir.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ