Nanə və ya Yarpız (lat. Mentha) - dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Dünyada 25-30 qədər növü olan, sağlamlıq baxımından son dərəcə faydalı, xoş qoxulu bir bitkidir. Daha çox nəmli yerləri sevir.
İştah açar. Sinirləri yatırar və bədənə rahatlıq verər. Stressə və baş ağrısına yaxşı gəlir. Spazm və ürək döyüntüsü riskini azaldır. Qızdırmanı salır. Həzm sistemi və mədə üçün çox faydalıdır. Həzmi asanlaşdırır. Qaz sökdürücüdür. Bağırsaq qurdlarını salmağa köməkçi olar. Xoraya və mədə yanmasına yaxşı gəlir. Qusmağı, ürək bulanmasını və ağrısını önləyər. Qrip, bronxit kimi soyuqdəymədə və öskürəkdə faydalıdır. Diş ağrısını və ağız qoxusunu aradan qaldırar. Ana südünü artırar. Əsəbi iqtidarsızlığa yaxşı gəlir.
Nanə salat və yeməklərə gözəl qoxusu və fərqli dadıyla ayrı bir ləzzət qatmaq üçün quru ya da təzə olaraq qatıla bilər. Ayrıca, nanə çayı həzmi asanlaşdırmaq üçün yeməklərdən sonra içilə bilər. Nanədən əldə edilən nanə yağı da müxtəlif məqsədlərlə istifadə edilməkdədir. Yarpaqlarından hazırlanan nanə çayı sakitlik verir. Soyuqdəyməni və ürək bulanmasını aradan qaldırır. Həzmi asanlaşdırır və bağırsaqdakı qazları sökər. Nanə suyuna bir miqdar sirkə qatılıb içilsə iç qanamaları dayandırmağa köməkçi olar. Nanənin sakitləşdirici təsiri nanə yağı üçün də etibarlıdır. Nanə yağı dəridəki yanıq ləkələrini aradan qaldırmaqda və soyuqdan qaynaqlanan şişlikləri endirmədə təsirlidir. Nanə qaynadılıb buxarı iylənilsə tənəffüs yollarını açar və soyuqdəyməyə yaxşı gəlir.
Nanə və ya Yarpız (lat. Mentha) - dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Dünyada 25-30 qədər növü olan, sağlamlıq baxımından son dərəcə faydalı, xoş qoxulu bir bitkidir. Daha çox nəmli yerləri sevir.