dcsimg

Kaliforniya dəniz şiri ( Azerbaijani )

provided by wikipedia AZ

Kaliforniya dəniz şiri, və ya Qara dəniz şiri (Zalophus californianus) — Qulaqlı suiti fəsiləsinin Dəniz şiri yarımfəsiləsinə aid növdür. Əsasən Sakit okean sularında yaşayırlar. ABŞ alimlərinin məlumatına görə sayları 188 min başdır[1]). İl ərzində 5% artım müşaahidə edilir[2]. Kaliforniya dəniz şirləri asan əhəlləşmə xüsusiyyətinə malikdirlər. Onlar Sirk və zooparklarda asanlıqla yaşaya bilirlər. ABŞ donanmasına xidmətə qəbul olunurlar (üzərlərinə müxtəlif qurğular yerləşdirərək)[3].

Xariçi görünüş

Zalophus californianus male and female.jpg

Kaliforniya dəniz şirinin erkəkləri 2,4 m uzunluğa, 300 km çəkiyə malik olurlar. Dişilər isə 2 metr uzunluğa və 90 kq çəki verirlər. Dişilərin bu cür kiçik ölçüləri onları suitinə bənzədir. Erkəklərdə kəllə iri olur. Bu səbəbdən latın dilində Zalophus californianus yəni " Böyük başlı Kaliforniyalı" mənasını verir.

Yayılması və yaşadığı ərazi

Adından göründüyü kimi bu növ əsasən Kaliforniya ərafı ərazilərdə daha geniş yayılıb. Bundan əlavə onlara Oreqon, Britaniya Kolumbiyası, VaşingtonMeksikanın şimal və cənub Sakit okean sahillərində rast gəlinir. Emdemik yarımnöv sayılan Qalapaqos dəniz şiri ( Zalophus wollebaeki]Yapon dənizində yaşayan Yapon dəniz şiri uzun zaman Kaliforniya dəniz şirlərinin cindinə aid edilirdi. Hazırda isə onlar müstəqil növ hesab edilirlər[4].

Bu növün əsas toplaşma və çütləşmə yerləri Çannel adaları və Müqəddəs Nikolay adaları sahilləri hesab edilir. Subay dəniz şirləri isə uzaq şimala Britaniya Kolumbiyası sahillərinə üz tuturlar.

Onlar açıq dənizə çox az çıxırlar. Dekək olar ki 10 mildən uzaqlığa üzmürlər[5]. Bu növün əsas düşkənləri OsaAğ balinadır.

Çoxalma

Əsasən dişilər özgələrinin balalarına qarşı çox aqressiv olurlar. Beləki onlar başqa balaların yaxınlaşması zamanı dişlərini qıçayır, hürür və balalara hücum edirlər. Dişilərin 6-17% başqalarının balalarını uzun illər ərzində bəsləyirlər[6].

İstinadlar

  1. IMPACTS OF CALIFORNIA SEA LIONS AND PACIFIC HARBOR SEALS ON SALMONIDS AND WEST COAST ECOSYSTEMS, U.S. Department of Commerce, National Oceanic and Atmospheric Administration, National Marine Fisheries Service, February 10,1999; p. Appendix-7
  2. Lowry, Mark S. and Karin A. Forney, Abundance and distribution of California sea lions (Zalophus californianus) in central and northern California during 1998 and summer 1999. Fishery Bulletin, Vol. 103, no. 2, pp. 331—343.
  3. William H. Burt and Richard P. Grossenheider, A Field Guide to the Mammals. Houghton Mifflin Company, Boston. 3rd ed. 1976; p. 83. Fiona A. Reed, A Field Guide to Mammals of North America North of Mexico. Houghton Mifflin Company, Boston. 4th ed. 2006; p. 477.
  4. Don E. Wilson & DeeAnn M. Reeder (editors). 2005. Mammal Species of the World. A Taxonomic and Geographic Reference (3rd ed), Johns Hopkins University Press, 2,142 pp. Online
  5. Kindersley, Dorling (2001,2005). Animal. New York City: DK Publishing. ISBN 0-7894-7764-5. Check date values in: |year= (kömək)
  6. "У морских львов обнаружено усыновление сирот" (rus). Membrana. 16 ноября 2010. 2012-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-17. Check date values in: |date= (kömək)
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Kaliforniya dəniz şiri: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Kaliforniya dəniz şiri, və ya Qara dəniz şiri (Zalophus californianus) — Qulaqlı suiti fəsiləsinin Dəniz şiri yarımfəsiləsinə aid növdür. Əsasən Sakit okean sularında yaşayırlar. ABŞ alimlərinin məlumatına görə sayları 188 min başdır). İl ərzində 5% artım müşaahidə edilir. Kaliforniya dəniz şirləri asan əhəlləşmə xüsusiyyətinə malikdirlər. Onlar Sirk və zooparklarda asanlıqla yaşaya bilirlər. ABŞ donanmasına xidmətə qəbul olunurlar (üzərlərinə müxtəlif qurğular yerləşdirərək).

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ