Oturaqqarıncıqlılar (lat. Symphyta) pərdəqanadlılar (lat. Hymenoptera) dəstəsinin yarımdəstəsi.
Pərdəqanadlıların arasında həm yetkin və sürfə formalarının quruluşuna, həm də həyat tərzinə görə ən ibtidai qrupdur. Yarımdəstənin nümayəndələri "mişarçılar" adı altında da tanınırlar. Belə ki, onların yumurtaqoyanı diş-diş aşağı kəsici səthi ilə mişarı xatırladır. Bunun köməyi ilə onlar bitki toxumalarında xüsusi kəsiklər açır və öz yumurtalarını ora qoyurlar. Yalançıtırtıllar ya açıq şəkildə bitkilərdə , ya da dənli bitkilərin toxumalarında, xüsusi halda saplağında yaşayırlar[1]
Oturaqqarıncıqlılar (lat. Symphyta) pərdəqanadlılar (lat. Hymenoptera) dəstəsinin yarımdəstəsi.