dcsimg

Xəzər lorensiyası ( Azerbaijani )

provided by wikipedia AZ

Xəzər lorensiyası (Elmi adı - Laurencia caspica) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir Xəzər endemikidir. [1][2]

Qısa morfoloji təsviri

Tallom 4-12 sm hündürlüyündədir, silindrik, bir qədər girintili-çıxıntılı, nahamr səthli, az və ya çox şaxələnmişdir. Əsas budaqlar uzun, seyrək və ya əhəmiyyətli dərəcədə çoxdur, arabir və ya sıx, bir qədər qısa, sadə və ya şaxələnmiş budaqlarla örtülmüşdür. Tallom bitmə dərinliyindən asılı olaraq şaxələnmə dərəcəsinə və qalınlığına görə fərqlənir: dərin sularda olan formalar uzun və nazikdir, sahilə yaxın formalar isə kiçik, qalın kobuddur. Köndələn kəsikdə qabıq qatı çox da böyük olmayan, demək olar ki, kvadrat və ya düzbucaqlı, sıx birləşmiş hüceyrələrdən ibarətdir. Tallomun mərkəzindəki hüceyrələr uzununa kəsikdə tallomun uzunluğunda çox dartılmışdır, çox uzun silindrləri xatırladır. Lentikulyar qalınlaşmalar yoxdur. Tetrasporangilər kiçikdir, azacıq şişkinləşən və demək olar ki, silindrik formanı saxlayan, qısa budaqların başında əmələ gəlir.[3][4]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Xəzərdə daşlı substratlarda 0-11 m dərinlikdə yayılmışdır, bəzən yapışmamış yığınlar əmələ gətirir. Tək-tək fərdlər kimi rast gəlinir, kolluq əmələ gətirir.[1]

Yayılması

Abşeron yarımadasının sahilinə yaxın yerlərdə rast gəlinir.[2]

Sayı və tendensiyası

Məhdudlaşdırıcı amillərin təsirinə məruz qalması populyasiyanın azalma tendensiyasını yaradır.[3][4][5]

Məhdudlaşdırıcı amillər

Əsasən çirklənmədir; neftlə çirklənmə növün fərdlərinin sayının azalmasına güclü təsir göstərir.

Mühafizə tədbirləri

Populyasiyanın nəzarətə götürülməsi və mütəmadi monitorinqlərin aparılması vacibdir.

Mənbə

  1. 1,0 1,1 Azərbaycan Respublikasının Qırmızı kitabı.Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri.ıı nəşr Bakı-2013
  2. 2,0 2,1 http://redbook.az/
  3. 3,0 3,1 Зинова А.Д. Забержинская Э.Б., 1967
  4. 4,0 4,1 Караева Н.И., Забержинская Э.Б., 2003
  5. Караева Н.И., 2006.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Xəzər lorensiyası: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Xəzər lorensiyası (Elmi adı - Laurencia caspica) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir Xəzər endemikidir.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ