dcsimg

Çöl ağcaqayını ( Azerbaijani )

provided by wikipedia AZ

Çöl ağcaqayını (lat. Acer campestre) — hündürlüyü 15 m-yə qədər olan enli çətirli ağac və yaxud ağacşəkilli hündür kol. Gövdəsinin qabığı qonura çalan-boz rəngdə olub, uzununa çatlıdır.

Yarpaq

Yarpaqlarının uzunluğu 4-8 sm, eni 4-10 sm, küt 5-bölümlü, nadir hallarda 3-bölümlüdür, yarpağın qaidə hissəsi ürəkşəkillidir,nazikdir, üst tərəfədən tutqun tünd-yaşıl, alt tərəfədən isə daha açıqdır, sarımtıl-yaşıl rənglidir və tükcüklüdür və yaxud yalnız yarpaqların küncündə saqqalcıqlıdır. Saplaqları eynidir, yarpaq ayasından bir az uzun və ya qısadır.

Çiçək

Çiçəkləri xırda, sarımtıl-yaşıl rəngdədir. Çiçək qrupunun oxu, çiçək saplağı, kasa yarpağı və ləçəklər (kənarları) tükcüklüdür. Qanadcıqlarının uzunluğu 2-4 sm-dir, üfüqi xətt üzrə yerləşmiş, bəzən qanadları oraqvari əyilmiş halda olur.

Meyvə

Findiqca meyvələri çılpaq və ya yumşaq tükcüklüdür.

Çiçəkləməsi

Aprel-May, çiçəkləmə yarpaqların açılması ilə eyni vaxtda və yaxud gec olur. Meyvə verməsi: Avqust-Sentyabr

Azərbaycanda yayılması

Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, Alazan Əyriçay, KQ şimal, KQ mərkəz, KQ cənub, Nax. dağ, Lənk. dağ. Aşağı dağ qurşağından yuxarı dağ qurşağına qədər.

Yaşayış mühiti

Meşə kənarında və meşələrdə qarışıq halda rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

Dekorativ bitkidir. Oduncağı xırda məmulatların hazırlanmasında istifadə olunur.[1]

İstinadlar

  1. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Çöl ağcaqayını: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Çöl ağcaqayını (lat. Acer campestre) — hündürlüyü 15 m-yə qədər olan enli çətirli ağac və yaxud ağacşəkilli hündür kol. Gövdəsinin qabığı qonura çalan-boz rəngdə olub, uzununa çatlıdır.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ