dcsimg

Dero dorsalis ( Azerbaijani )

provided by wikipedia AZ
Vikipediya Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediya kömək edə bilərsiniz.
Əgər mümkündürsə, daha dəqiq bir şablondan istifadə edin.
Bu məqalə sonuncu dəfə NMW03 tərəfindən redaktə olundu. 13 ay əvvəl. (Yenilə)

Aləm Animalia

Yarımaləm Eumetazoa

Tip Annelida

Sinif Oligichaeta

Yarımsinif Tibuficata

Dəstə Tubificida

Yarımdəstə Tubificina

Sinifüstü Tubificoidea

Fəsilə Naididae

Cins Dero Oken, 1816

Növ D.dorsalis Ferroniere, 1899

Qəlsəmə yatağı arxaya doğru yanlarda dairəvi və ya kələ-kötür çıxıntılıdır. Üzərində adətən 5 cüt qəlsəmə çıxıntısı mövcutdur: I cüt – qısa və enli çıxıntılı bel qəlsəməsi, II cüt – nazik və silindrik, III cüt – lateral, IV və V cütlər – dəyişkən formalı qarın qəlsəmələridir.

II – V buğumların qarın dəstəcikləri 5 – 7 ikidişli qılcıq daşıyır, distal dişcik proksimal dişcikdən uzundur və ortasında düyünü var. Sonrakı buğumlarda qılcıq dəstələrinin sayı azalır, dişciklər bərabər uzunluqda və ya distal dişcik proksimal dişcikdən qısa olur, düyün isə distal istiqamətdə yerini dəyişir. İkinci buğumun qılcıqlarının uzunluğu 135 μ, V – 100 – 126 μ, VI – 102 – 115 μ. Arxaya doğru qılcıqların uzunluğu azalır. Bel dəstəcikləri IV buğumdan başlayır. Onlar 1 tükşəkilli və 1 uzunluğu 85 – 108 μ və distal dişciyi proksimal dişcikdən daha uzun olan ikidişcikli qılcıq daşıyır. Penial qılcıqları mövcud deyil. Septal vəzilər IV və V buğumda yerləşir. Mədə IX – XI buğumlarda başlayır. Kəmərcik V – VII buğumlarda yerləşir.

Toxumluğun qıfları iri, toxum boruları qısadır. Atrium ampulası böyük, dairəvi, qalındivarlıdır; onun xarici kanalı uzun, vəz hüceyrələri ilə zəngin olan çökəkliyə açılır. Toxum qəbulediciləri kiçik armudşəkilli və qısa kanallıdırlar.

Fərdlərin uzunluğu 10 – 30 mm. Birinci zooiddə buğumların sayı 18 – 53, tək fərddə isə 23 – 150-dir.

Şirinsularda lil qruntda yaşayır. Borucuq əmələ gətirir.

Yayılması

Dünyada: Avropa, Cənubi və Şərqi Asiya, Qafqaz.

Azərbaycanda: Kür çayının deltası.

Ədəbiyyat

  • Jeounghee Lee1, Jongwoo Jung. Two Aquatic Oligochaete Species, Dero dorsalis and Allonais pectinata (Annelida: Clitellata: Naididae), New to Korea // Anim. Syst. Evol. Divers. Vol. 30, No. 2: 119-123, April 2014

http://dx.doi.org/10.5635/ASED.2014.30.2.119

Xarici keçidlər

  • 1. Касымов А.Г. Пресноводная фауна Кавказа. Баку, «Элм», 1972, 286 с.
  • 2. Чекановская О.В. Водные малощетинковые черви фауны СССР. Москва-Ленинград, Изд-во Академии наук СССР, 1962, 411 с.
  • www.faunaeur.org
  • www.gbif.org

İstinadlar

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Dero dorsalis: Brief Summary ( Azerbaijani )