dcsimg

İsayev itburnusu ( Azerbaijani )

provided by wikipedia AZ


Təbii yayılması

Qafqazda, Azərbaycanda yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 2-2,5 m olan, yaxşı şaxələnmiş koldur. Cavan zoğları tünd qonur qabıqla örtülmüşdür. Gövdəciklərdə iynələri möhkəm, oval, oraqvaridir, bəzən qarmaqvari əyilmişdir. Çiçəkli zoğların orta yarpaqlarının uzunluğu 6-8 sm-dir, əsas oxu xırda iynələrlə və vəziciklərlə möhkəm örtülmüşdür. Yalançı zoğların uzunluğu 12-15 mm, eni 8-10 mm, üstü çılpaq, alt tərəfi vəziciklərlə örtülmüş, kənarları vəzicikli-kirpikciklidir. Xırda yarpaqları 5-7 ədəd, uzunluğu 20-30 mm, eni 12-20 mm, ellipsvari-yumurtavari formadadır. Yarpaqların üstü çılpaqdır, alt tərəfi xırda, oturaq vəziciklərlə örtülmüşdür, əsas damarcıqları tükcüklüdür. Çiçəkləri tək-tək, qalxanvari çiçək qruplarında toplanmışdır. Ləçəkləri açıq çəhrayıdır. Çiçək saplağının uzunluğu 1,5-2,0 sm, gövdəcik vəzicikləri ilə örtülmüşdür. Kasayarpaqları ensiz-lansetvari, əsasən yetişmiş meyvəyə bərabər və ya bir az ondan uzundur, üstü tükcüklü, kürəyində qısa tükcüklü, sapvari, yan çıxıntılıdır, gövdəciyi çox sıx vəziciklər ilə örtülmüşdür. Çiçəklədikdən sonra yuxarıya qalxır və yetişmiş meyvələrdə payızın axırlarına qədər qalır. Dişicik ağızcığının başı ağ tükcüklü, qısa ayaqda möhkəm sütuncuq əmələ gətirir.

Ekologiyası

İstyə, soyuğa, quraqlığa davamlıdır. Yuxarı meşə zolağında, kolların arasında bitir.

Azərbaycanda yayılması

Kiçik Qafqazda təbii halda rast gəlinir.

İstifadəsi

Meyvələri yeyilir və şərbət, cem hazırlanmasında istifadə edilir.

Məlumat mənbəsi

  1. Tofiq Məmmədov (botanik) "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018. http://dendrologiya.az/?page_id=112
  2. Azərbaycanın ağac və kolları. Bakı: Azərb.SSR EA-nın nəşriyyatı, 1964, 220 s.
  3. Əsgərov A.M. Azərbaycanın ali bitkiləri.Azərbaycanın florasının konspekti II cild. Bakı: Elm, 2006,283 s.
  4. Talıbov T.H.,İbrahimov Ə.Ş.Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. Naxçıvan:Əcəmi,2008,350s.
  5. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1939, т.1.401с.
  6. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1962 т.6.378с.
  7. Дерувья и кустарники СССР.М.Л.: АН СССР, 1960 Т.5.543с.
  8. "Abşeronun ağac və kolları".Bakı: "Elm və təhsil", 2010.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ