Yumrumeduzlar (lat. Cubozoa) — dalayıcılar tipinə aid sinif. Bu qrup 20 növü əhatə edir. Tropik və isti iqlimi olan dənizlərdə yaşayır. Bəzi nümayəndələri insan üçün çox təhlükəlidir.
Yumrumeduzlar kifayət qədər sürətlə üzür və hərəkət istiqamətini asanlıqla dəyişə bilirlər. Carybdeidae fəsiləsinə daxil olan bir neçə növünün diri bala doğması təsnif olunub.
Yumrumeduzların duzluluğundan asılı olmayaraq, demək olar ki, bütün tropik və subtropik ərazilərdəki okean sularında yaşadığı elmə məlumdur.
Carybdea marsupialis və Carybdea rastoni növlərinin isə mülayim iqlim qurşağındakı dənizlərdə yaşadığı qeydə alınıb. Ölçülərinin kiçik, bədənlərinin şəffaf və gizli həyat tərzi keçirmələri səbəbindən yumrumeduzların arealı tam olaraq öyrənilməyib.
Heyvanlar aləminin yarımaləm, tip və bəzi sinifləriParazoylar Süngərlər (Kirəcli süngərlər, Adi süngərlər, Altışüalı süngərlər) • Lövhəcikkimilər (Trichoplax)Mezozoylar Ortonektidlər • DisiemidlərEumetazoylar Daraqlılar • Dalayıcılar (Mərcan polipləri, Hidroidlər, Sifoidlər, Yumrumeduzlar, Saçaqlı meduzlar, Myxozoa) Cycloneuralia: Scalidophora (Kinorinxlər, Lorisiferlər, Priapulidlər) • Nematoida (Yumru qurdlar, Qılqurdlar)