dcsimg
Image of Barbary Spider
Creatures » » Animal » » Arthropods » Chelicerates » Arachnids » Spiders » » Orb Weavers »

Barbary Spider

Argiope bruennichi (Scopoli 1772)

Argiope bruennichi ( Azerbaijani )

provided by wikipedia AZ

Argiope bruennichi (eşşəkarısı hörümçəyi) argiope cinsinin növlərindən biri. Şimali Avropa, Şimali Afrika, Asiyanın bəzi hissələri və Azor adaları boyunca yayılmışdır,həmçinin ABŞ-ın Şimali Karolina və Ohayo ştatlarında görülmüşdür.[1] Argiope cinsinin digər növləri kimi qarın hissəsində sarı-qara zolaqları var.

Toru

Hörümçək adətən uzun otların içərisində yerdən bir az yuxarı gecə yaxud şəfəq vaxtı spiral tor hörür, , toru hörməsi təxminən bir saat çəkir. Torun ortasında nəzərə çarpan zigzaglı, stabilimentum və ya tor dekorasiyası adlanan şəkil var. Bunun funksiyası qeyri-müəyyən olsa da həşəratların cəlb edilməsi üçün olduğu düşünülür.

Tora hər hansı həşərat ilişdikdə Argiope bruennichi tez onu hərəkətsiz hala gələnə kimi tora sarar. Sonra hörümçək ovunu sancaraq iflic edici zəhər və zülal- həll edən ferment injeksiya edər.

Seksual dimorfizm

Argiope bruennichinin dişisi və erkəyi arasında böyük fərqliliklər vardır. Belə ki, dişinin ortalama bədən uzunluğu 15 mm ikən erkəyin ortalama bədən uzunluğu 4.5 mm-dir.[2]

Qaleriya

İstinadlar

  1. Argiope bruennichi at the Azorean Biodiversity Portal
  2. Mark A. Elgar (1991). "Sexual cannibalism, size dimorphism, and courtship behavior in orb-weaving spiders (Araneidae)". Evolution. 45 (2): 444–448. doi:10.2307/2409679. JSTOR 2409679.

Xarici keçidlər

Vikianbarda Argiope bruennichi ilə əlaqəli mediafayllar var.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Argiope bruennichi: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Argiope bruennichi (eşşəkarısı hörümçəyi) argiope cinsinin növlərindən biri. Şimali Avropa, Şimali Afrika, Asiyanın bəzi hissələri və Azor adaları boyunca yayılmışdır,həmçinin ABŞ-ın Şimali Karolina və Ohayo ştatlarında görülmüşdür. Argiope cinsinin digər növləri kimi qarın hissəsində sarı-qara zolaqları var.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ