dcsimg
Image of arrow worm
Creatures » » Animal »

Arrow Worms

Chaetognatha

Çənəsiqıllılar ( Azerbaijani )

provided by wikipedia AZ

Çənəsiqıllılar (lat. Chaetognatha) Dərisitikanlılar qrupuna aid tip.

Haqqında

Çənəsiqıllılar sırf dəniz heyvanları olub, 140-a qədər növü məlumdur. Böyük əksəriyyəti plankton həyat tərzi keçirir. Dib həyat tərzi keçirən , yosunların , daşların arasında yaşayan növləri də vardır. Sürətlə hərəkət etmələrinə və bədənlərinin uzunsov olmasına görə Çənəsiqıllılari dəniz oxları da adlandırırlar. Bədənləri 0.5 -9 sm ölçüdə olub, şəffafdır. Bədənlərinin ön hissəsində tip üçün xarakterik olan – qıllarla təchiz olunmuş ağız aparatı yerləşir. Çənəsiqıllılar bu aparat vastəsilə öz şikarını ovlayırlar. Çənəsiqıllılar ikinci bədən boşluğuna malik heyvanlardır . Onlarda selom yaxşı inkişaf etmişdir. Bədən 3 şöbəyə ayrılır. Baş, gövdə və quyruq. Həzm sistemi qıllarla təchiz olunmuş ağızdan , əzələli udlaqdan, və bədən boyu uzanan bağırsaqdan ibarətdir. Çənəsiqıllılardə nəin ki, bir çox orqanlar olmur, hətta onların tənəffüs, qan-damarifrazat sistemləri də yoxdur. Çənəsiqıllılar hermafrodit heyvanlardır və ancaq cinsi yolla çoxalırlar . Yumurtalıqlar gövdədə , toxumluqlar isə quyruq hissədə yerləşir. Yumurtanın bölünməsi radial tipdədir. Onlarda mezoderma və selom teloblastlardan inkişaf etmir.[1]

Ədəbiyyat

B.İ.Ağayev, Z.A.Zeynalova. Onurğasızlar zoologiyası. Bakı , «Təhsil» 2008 , 568 səh

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. Ağayev B.İ., Zeynalova Z.A. Onurğasızlar zoologiyası. Bakı: Təhsil, 2008, (568 s.) səh.408-441
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Çənəsiqıllılar: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Çənəsiqıllılar (lat. Chaetognatha) Dərisitikanlılar qrupuna aid tip.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ