dcsimg

Samur (heyvan) ( Azerbaijani )

provided by wikipedia AZ

Samur (lat. Martes zibellina) — məməlilər sinfinə, dələkimilər fəsiləsinə daxil olan növ.

Təsviri

Samurun bədən uzunluğu 56 sm, quyruğu isə 20 sm-ə qədərdir.

Xəzinin rəngi dəyişkəndir. Bəzi fərdlər demək olar ki, tamamən qara rəngdə olur. Bəzilərinin rəngi isə çox açıq, qumlu sarı və ya parlaqdır. Elə fərdlərdə vardır ki, arxa tərəfində tünd bir kəmər olan qəhvəyi ton, yan tərəflər isə nisbətən açıqdır.

Həyat tərzi

Sibir tayqasının xarakterik bir sakinidir. Çevik və ölçüsünə görə çox güclü yırtıcıdır. Yerüstü həyat tərzi sürür. Bir qayda olaraq, dağ çaylarının yuxarı axınlarında, dağlıq ərazilərdə, daş örtüklər arasında yaşayır. Bəzən ağacların zirvələrinə qalxır. Sıçrayışlarla hərəkət edir. Atlamanın uzunluğu 30-70 sm-dir. Ağaclara yaxşı dırmaşa bilir. Yaxşı inkişaf etmiş eşitmə və qoxuya qabiliyyətlərinə sahibdir. Görmə qabiliyyəti nisbətən zəifdir. Yeni və quru qar üzərində asanlıqla hərəkət edir. Səhər və axşam ən fəal olduğu dövrdür.

Səslər

Nadir hallarda səs çıxarırlar. Digər dələkimilər kimi qorxu və həyəcanlanma zamanı civiltili səslər çıxarır və düşmənə qarşı müdafiədə almağa çalışır. Qışqırığı xatırladır. Məhəbbət oyunları zamanıda müəyyən səslər müşayiət olunur[1].

Qidalanması

Qida rasionunun böyük hissəsini gəmiricilər təşkil edir. Əsasən qırmızı çöl sıçanı (cənubda qırmızı-boz çöl siçanı) ön yerdə gedir. Yeniseyin şərqində və Sayanda isə Ochotona cinsinə daxil növlər üstünlük təşkil edir. Tez-tez sincab və burundukları yeyir, dovşanlara da belə hücum edir. Bir ildə Krasnoyarsk diyarında bir neçə milyon sincabı məhv edir. Quşların içərisində adi bonazi tetrasına və turaclara hücum edir. Ümumiyyətlə quşlar onlar üçün ikinci dərəcəli bir qidadır. Ovlarını əsasən alatoraqlıqda, gcə radələrində edirlər. Lakin gündüz vatlarıda tez-tez ovlamalrı müşahidə edilir.

Bundan əlavə samurların qida rasionuna bitki qidaları da daxildir: sidr toxumları, quşarmudu, cır mərsin. Ayrıca mərcangilə, qaragilə, adi meşəgilası, itburnu, qarağat, Amur üzümü, Çin cır limonunu da yeyirlər.

Çoxalma

Yuvalarını ağacların oyuqlarında, daşların altlarında qururlar. Heyvanlar iki-üç yaşlarında qədər cinsi yetkinliyə çatır və 13-15 ilədək yaşayırlar. İyun - iyul aylarında cütləşmə baş verir. Boğazlıq dövrü 250-290 gündür. Birdən yeddi bala verə bilir. Adətən isə 3-4 bala verir.

Yayılması

Hal-hazırda samurlar Rusiyanın Ural dağlarından tutmuş Sakit okeanın sahillərinə qədər ərazidə yayılmışlar. Şimalda arealı meşə bitki örtüyünün hüdudlarına qədərdir. Əsasən sidr ağaclarının yayıldığı meşələrə üstünlük verir. Yaponiyada, Hokkaydo adasında da aşkar edilmişdir. Şərqin Uralda meşə dələsi ilə samurun qarışığı olan kidus adlı hibridinə rast gəlinir.

XVII əsrə qədər Finlandiyada[2], XIX əsrə qədər Kareliya, Baltikyanı ölkələr və Qərbi Polşada müşahidə edilirdi[3].

Təsnifatı

Ümumilikdə samurlar ölçü və rəng sxemi ilə fərqlənən 17 yarımnövə bölünürlər. Bunlardan bəziləri bunlardır[4][5]:

  • Martes zibellina zibellina — tobol samuru
  • Martes zibellina princeps — barquzin samuru. Bu yarımnöv xüsusilə dəyərlidir, çünki qara rəngə, yumşaq və ipək xəzə malikdir.
  • Martes zibellina sahalinensis — saxalın samuru
  • Martes zibellina yenisejensis — yenisey samuru
  • Martes zibellina sajanensis — sayan samuru
  • Martes zibellina jakutensis — yakut samuru
  • Martes zibellina kamtshadalica — kamçatka samuru
  • Martes zibellina tomensis — kuzneç samuru
  • Martes zibellina averini — sayan samuru
  • Martes zibellina vitimensis — vitim samuru
  • Martes zibellina arsenjevi — ussuri samuru
  • Martes zibellina obscura — çikoy samuru
  • Martes zibellina brachyura — kuril samuru, yox oloma həddindədir[6][7]

Elmi ədəbiyyat

  • Monakhov Vladimir G. Martes zibellina (Carnivora: Mustelidae). Mammalian Species 2011: Volume 43, Issue 1: pp. 75 — 86.
  • Proulx G., Aubry K., Birks J., Buskirk S., Fortin C., Frost H., Krohn W., Mayo L., Monakhov V., Payer D., Saeki M., Santos-Reis M., Weir R., and Zielinski W. World distribution and status of the Genus Martes in 2000. Pages 21-76 in Harrison, D.J.; Fuller, A.K.; Proulx, G. (Eds.). Martens and fishers (Martes) in human-altered environments: An international perspective. Springer Science+Business Media Publishers, New York. 2004.
  • Черникин Е. М. Экология соболя (Martes zibellina Linneus, 1758) в Баргузинском заповеднике — Улан-Удэ: Изд-во Бурят. госуниверситета, 2006. — 265 с.

Mənbə

İstinadlar

  1. "Samur". www.moscowzoo.ru. İstifadə tarixi: 2018-10-10.
  2. Матти Хельминен. Kuuluiko soopeli Suomen eläimistöön (фин.) // Eränkävijä. — Yhtyneet kuvalehdet, 1973.
  3. Abramov, A. & Wozencraft, C.: Martes zibellina IUCN Red List of Threatened Species. Version 2014.1. 2008. International Union for Conservation of Nature, IUCN, Iucnredlist.org. Viitattu 22.7.2014.
  4. Соболь - систематика и внешний вид - Biofile.ru
  5. Полное описание соболя. Внешний вид, где обитает, чем питается, образ жизни, размножение соболя | Все о животных
  6. систематика - Подвид: Курильский соболь (Martes zibellina brachyura)
  7. Wilson & Reeder. "Mammal Species of the World" (ingilis). Bucknell University. İstifadə tarixi: 2010-5-17.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Samur (heyvan): Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Samur (lat. Martes zibellina) — məməlilər sinfinə, dələkimilər fəsiləsinə daxil olan növ.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ