Marxur[1] (lat. Capra falconeri) - dağ keçisi cinsinə aid heyvan növü.
Bu keçilərin iri spiralvari buynuzları olur. Sağ buynuz sola, sol buynuz sağa doğru burulmuşdur. Erkək keçilərin buynuzlarının uzunluğu 1.5 metrə çatır. Dişilərin buynuzları daha gödək olur və daha az burulmuş olur. Erkək keçilərdə bəzəkli saqqallar olur. Qışda çütləşmə dövründə böyük sürülər əmələ gətirirlər. Marxurların hamiləlik dövrü 170 gün sürür. Bundan sonra onların 1-2 balaları dünyaya gəlir. Doğulduqdan 1 gün sonra balalar analarının arxası ilə hərəkət edirlər. Marxurlar balalarını 5-6 ay südlə bəsləyirlər. 2-2.5 yaşından sonra onlar çoxalmada iştirak edirlər.
Himalay dağlarının qərb hissəsində, Kəşmirdə, Kiçik Tibet və Əfqanıstanda, eləcə də Pənc çayı boyunca dağlarda, Tacikistanda Babadağ dağ silsiləsində yayılmışdır. Buynuzlarının formasına görə bir neçə yarımnövə ayrılır.
Marxur (lat. Capra falconeri) - dağ keçisi cinsinə aid heyvan növü.