dcsimg

Karolina göyrüşü ( Azerbaijani )

provided by wikipedia AZ

Karolina göyrüşü (lat. Fraxinus caroliniana) — zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü.

Təbii yayılması

Vətəni - Kubadır, Amerika Birləşmiş Ştatlarının subtropik, cənub-şərqindən, cənubi Virciniyadan Texasa qədər yayılmışdır. Bitki ilk dəfə botanik Filip Miller tərəfindən təsvir edilmişdir. Bu bitki Florida gülü, bataqlıq gülü, Karolina gülü və ya su gülü kimi məşhurdur.

Botaniki təsviri

Hündürlüyü təxminən 4,0 m olan kiçik ağacdır. Yarpaqları mürəkkəb, üzbəüz, uzun, 7-12 ədəd, yumurtavari-uzunsov, iri, kənarları dişli və ya bütöv, uzunluğu 3-6 sm, eni 2-3 sm-dir. Yarpaqları tünd yaşıl, alt tərəfi bir az tükcüklüdür. Meyvələri çox vaxt 3 qanadlı, toxumları hamar, hissəli, bəzən parlaq, bənövşəyi rənglidir. Qabığı açıq boz, nazik, pulcuqludur. Sarı (erkək) və yaşıl (dişi) çiçəkləri olur. Çox miqdarda tozcuq əmələ gətirir. Erkən yazda çiçəkləyir. Meyvələrin uzunluğu 5 sm-ə qədər olur, ellipsvari, toxumları 1 qanadlıdır (bəzən 3). Toxumu sarı, meyvələri yay-payız arası olan dövrdə yetişir.

Ekologiyası

Bataqlıqların ətrafında, subtropik düzənliklərdə, nəmişli torpaqlarda, çayların sahillərində, yarımkölgəli ərazilərdə yaxşı bitir. Oduncağın külü güclü allergendir.

Azərbaycanda yayılması

Gəncə və Qəbələdə mədəni şəraitdə becərilir.

İstifadəsi

Oduncağı yumşaqdır, gövdəsindən müxtəlif alətlər, ox və yaylar hazırlayırlar. Ağacın kiçik və orta ölçüləri, enli çətiri, parlaq və mürəkkəb yarpaqları bitkiyə dekorativ görünüş verir. Qabığı təbabətdə istifadə edilir.

Ədəbiyyat

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Karolina göyrüşü: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Karolina göyrüşü (lat. Fraxinus caroliniana) — zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ