dcsimg

Agelenidae ( Azerbaijani )

provided by wikipedia AZ

AgelenidaeAraneomorphae yarımdəstəsinə daxil olan fəsilədir. Fəsiləyə ümumilikdə 42 cins və 500-dən çox növ daxildir.

Adlandırılması

Latın dilindən tərcümədə Agelenidae kəlməsi ago lene — «çəkinə-çəkinə hərəkət edirəm» mənasını verir. Hazırda bir çox dillərdə isə onlara «çala», və ya «otluq» hörümçəkləri adlandırılır. Bu fəsilənin bir növü isə Şərqi Avropada — Ev hörümçəyi (Tegenaria domestica) adı ilə tanınır.

Ümumi xarakteristika

Əsas xüsusiyyətləri bel nahiyəsində iki zolaq vardır. Kiçik ölçülü olmaları ilə seçilir. Erkəklər maksimal 2,5 sm olsada, dişilər onlara nisbətdə adədən 1 sm-ə qədər uzun olur. Bir cüt qara gözlərə malik olurlar. Ön ayaqlarının sensor xüsusiyyəti gözlərindən iti ətrafı hiss etməyə imkan verir. İti sürətə malik olurlar. İstər təhlükədən qaçarkən, istərsə də ovu yaxalayarkən bu özünü aydın büruzə verir. Tararua cinsinə daxil olan hörümçəklər hətta dayanmadan 2 km məsafə qət edə bilirlər. Hördükləri torlar bir qayda olaraq çalanı xatırladır. Malthonica cinsinə daxil olan hörümçəklər gündüz vaxtı da sərbəst ov edə bilirlər. Bu isə onları gündüz vaxtları belə yuvada görməyə imkan verir. Öz şikarlarını zəhərləri ilə iflic etsələrdə insana təsir edəcək gücə malik deyil. Labirintli hörümçəklər (lat. Agelena labyrintchica) növü çəmənliklərdə otların arasında tor hörür. Qurduğu tor qıf şəklində olur. Hörümçək özü qıfın daralmış hissəsində gizlənir. Ev hörümçəyi (lat. Tegenaria domestica) növü də bu fəsiləyə daxildir. Erkək fərdi 11 mm, dişi fərdi 20 mm uzunluqda olub, yaşayış və təsərrüfat tikililərində tor qururlar.

Təsnifatı

Bu fəsiləyə 42 cins daxildir:

Xarici keçidlər

Həmçinin bax

Hörümçəklər

Hörümçəkkimilər

Araneomorf hörümçəklər

Ədəbiyyat

  • How to Know the Spiders by B. J. Kaston. Dubuque, 1953.
  • Biology of Spiders, by Rainer F. Foelix, second edition, 1996
  • B.İ.Ağayev, Z.A.Zeynalova “Onurğasızlar Zoologiyası”. Bakı, “Təhsil”, 2008, səh. 378
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Agelenidae: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Agelenidae — Araneomorphae yarımdəstəsinə daxil olan fəsilədir. Fəsiləyə ümumilikdə 42 cins və 500-dən çox növ daxildir.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ