Elektrik skatları –skatlar dətəsindən balıq fəsiləsi. Uzunluğu 2 m-dək çəkisi 100 kq –a qədərdir. 15 növü məlumdur. Başının yan tərəflərində yerləşən elektrik orqanlarının yaratdığı elektrik gərginliyi 70 V–a çatır. Sakit okean, Atlantik okeanı və Hind okeanının tropik sularında təsadüf olunur. Sahilə yaxın yerlərdə yaşayır. Elektrik skatları diridoğan balıqlardır.