dcsimg
Image of Chamaerops humilis var. argentea (anon.) André
Creatures » » Plants » » Dicotyledons » » Palms »

Mediterranean Fan Palm

Chamaerops humilis L.

Alçaqboy xamerops ( Azerbaijani )

provided by wikipedia AZ

Təbii yayılması

Təbii halda Avropanın qərb hissəsində, Aralıq dənizyanı ölkələrində və Şimali Afrika da yayılmışdır.

Botaniki təsviri

Alçaq gövdəli koldur. Gövdəsi bozumtul-göy rəngli sərt yarpaqlardan ibarət sıö çətir əmələ gətirir, kürən-qonur liflərə sıx çətir örtülmüşdür. Saplaqların uzunluğu 70-80 sm-ə qədərdir. Yarpayası yelpikvari sərtdir, diametri 50-60 sm, qaidəsinin kənarında pazvari oyuq vardır. Sermenlerin sayı 30-a çatır, üst tərəfi tünd yaşıl, alt tərəfi bozumtul rəngdədir. Xamaşçiçəyin gövdənin qaidəsi yaxınlığında yerləşən və uzunluğu 30-40 sm-ə olan qıçalardı. Kasacığın dilimləri sivridir. İkicinsli çiçəkləri oturaqdır. Yaşımtıl-sarı rəngdədir. Meyvəsi sarımtıl rəngli, oval və ya kürəyə oxşar yumurtavaridir, lətli və qabalilfi meyvəyanlığı vardır. Mayın birinci yarısında çiçəkləyir, meyvələri isə noyabr ayında yetişir. Toxumları uzunsov, uzunluğu 11–12 mm, eni 12-15 mm-dir. Toxumla, kök pöhrələri ilə çoxaldılır.

Ekologiyası

İstisevən, az şoranlaşmış torpağa, quraqlığa davamlı bitkidir.

Azərbaycanda yayılması

Abşeron, Lənkəran, Gəncə, Qəbələ və digər şəhər və rayonlarda park və bağlarda mədəni şəraitdə becərilir.

İstifadəsi

Tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür. Yarpaqlarından alınan lifdən baş örtükləri, səbət, kəndir, tor, qaytan və s. hazırlamaq üçün istifadə edilir.

Məlumat mənbəsi

Azərbaycan Dendroflorası II cild-Bakı:"SƏDA",2015,388 səh. T.S.Məmmədov

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ