dcsimg

Kənafvari asırqalotu ( Azerbaijani )

provided by wikipedia AZ

Kənafvari asırqalotu (lat. Eupatorium cannabinum)[1] - asırqalotu cinsinə aid bitki növü.[2]

Yarımnövləri

  • Eupatorium cannabinum L. subsp. cannabinum
  • Eupatorium cannabinum L. subsp. corsicum (Req. ex Loisel.) P.Fourn.

Hündürlüyü 50-100 (120) sm, gövdəsi düzdür, nazik-şırımlıdır, tünd-qırmızı rəngə boyanmış və yuxarı hissədə budaqlanmış yaşıl, qısa-tüklü olan çoxillik ot bitkisidir.[3]

Yarpaq

Yarpaqları çox qısa saplaq üzərində qarşı-qarşıya yerləşmiş, aşağı tərəfdə yerləşənlər bir qədər daha sıx və yumşaqtükcüklüdür; aşağı yarpaqları üç hissədən ibarətdir, seqmentləri neştərvari və yaxud yumurtaşəkilli-neştərvaridir, ucu sivri, kənarları isə mişarvari-dişlidir. Yuxarı yarpaqları sadə, neştərvari və yaxud yumurtaşəkilli-neştərvaridir, nadir halda gövdə üzərində bütün yarpaqlar bütöv olurlar.[3]

Çiçək

Çiçək qrupu sıx olub, qalxqnvaridir. Səbət az çiçəklidir və 4-6 ədəd uzunsov çəhrayı rəngli çiçəklərinin uzunluğu 8 mm-ə qədər olub, uzunsovdur.[3]

Meyvə

Toxumlarının uzunluğu 3 mm-ə yaxındır, qara, ensiz-uzunsovdur və 5 qabirğalıdır, uc hissədə yerləşən kəkili kələ-kötür tükcüklərdən ibarət olub, toxumlardan biraz uzundur.[3]

Çiçəkləməsi

İyul-Avqust[3]

Meyvə verməsi

Avqust-Sentyabr[3]

Azərbaycanda yayılması

Samur-Şabran oval., Xəzəryanı, BQ (Quba), BQ şərq, BQ qərb, Alazan-Əyriçay, Kür düz., KQ mərkəzi, KQ cənub, Nax. düz., Lənk. dağ. Ovalıqdan subalp qurşağına qədər.[3]

Yaşayış mühiti

Meşələrdə, rütubətli yerlərdə, bulaqların yanında və çay sahillərində rast gəlinir.[3]

Təsərrüfat əhəmiyyəti

Gövdə və yarpaqlarından göy rəngdə boya almaq üçün istifadə olunur.[3]

İstinadlar

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. 3,0 3,1 3,2 3,3 3,4 3,5 3,6 3,7 3,8 Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Kənafvari asırqalotu: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Kənafvari asırqalotu (lat. Eupatorium cannabinum) - asırqalotu cinsinə aid bitki növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ