dcsimg

Arktotis ( Azerbaijani )

provided by wikipedia AZ

Arktotis — Bitkinin əyilmiş yarpaqları heyvan qulağına oxşadığına görə yunanlar onu "ayıqulağı" adlandırmışlar. Məlum olan 30 növdən ikisi gülçülükdə geniş istifadə olunur. Hibrid arktotis (A.x hybrids) bitkinin müxtəlif növlərinin hibridləşdirilməsi nəticəsində alınmışdır.Çoxillik olmasına baxmayaraq,bitki birillik kimi yetişdirilir.Çiçəklərin rənginə görə müxtəlif formaları vardır. Stexas yarpaqlı arktotis (A.stoechadifolia) hazırda əvvəlki şöhrətini itirib,lakin onun iri hamaşçiçəkli,ağ,sallaq yarpaqlı kol formaları gülçülükdə istifadə olunur.Kök ətrafı rozetə yığılan yarpaqları gövdə yarpaqlarından böyükdür.Çiçəklərinin yuxarısı ağ,aşağısı mavi rəngdə olub,tək-təkdir.Bitki toxumla çoxaldılır.Toxumdan alınmış cücərtiləri seyrəltmək lazımdır.Arktotis quraqlıq sevən bitki olub, iqlimi yağışlı və rütubətli olan ərazilərdə becərilməsi məqsədəuyğun deyildir.

Məlumat mənbəsi

  1. Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016. http://dendrologiya.az/?page_id=112
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Arktotis: Brief Summary ( Azerbaijani )